Cəmiyyət

Rəşad Mahmudov: “Rezidentlərə aylıq 350 manat verilməsi kadr islahatına zərbədir”

Sharing is caring!

“İlk olaraq rezident göndərmək üçün 31 xəstəxana nəzərdə tutulmuşdu. Mən hesab edirdim ki, bu həddən artıq çoxdur”.

APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, bu gün hər xəstəxanaya rezident göndərmək olmaz:

“Bizim səhiyyə naziri ilə də söhbətimiz olub. Bu xəstəxanaların sayı azaldılmalıdır. Rezidentlər onları hazırlaya bilən xəstəxanalara, klinikalara göndərilməlidir. İmkanları məhdud xəstəxanalara rezident göndərmək olmaz”.

Deputat Rəşad Mahmudov təklif edib ki, rezidentura ilə bağlı komitədə dinləmə keçirək:

“Rezidentlərə aylıq verilən 350 manat çox azdır, bu, səhiyyədə kadr islahatına vurulan zərbə deməkdir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir