Cəmiyyət Hadisə

Abşeronda avtomobil iki şagirdi vurub.

Abşeronda avtomobil iki şagirdi vurub.

Xeberal.az Report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib

“Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında gedən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri olan iki qızı vurub. Nəticədə məktəblilər ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılıb. Xəsarət alanlardan biri – Fidan adlı şagird komaya düşüb.

Hadisənin başvermə anı yaxınlıqdakı müşahidə kamerasına düşüb.

Faktla bağlı araşdırma aparılır.