Cəmiyyət manset

UNEC ilə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb

UNEC ilə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.

XəbərAl.az xəbər verir ki,UNEC ilə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən, Mərkəz tərəfindən UNEC müəllimləri üçün treninqlər təşkil olunacaq, fiziki məhdudiyyətli tələbələrə psixoloji və loqoped dəstəyi göstəriləcək. Memorandumu UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayev və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova imzalayıblar. O cümlədən, tərəflər imzalanmış sənəd əsasında birgə tədbirlər planının icrasına başlanılması barədə razılığa gəliblər.