Cəmiyyət Manşetüstü

“Gələcəyin robotexnika mühəndisləri” adlı layihə-FOTO

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 3-ci qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş “Gələcəyin robotexnika mühəndisləri” adlı layihənin rəhbəri Xəlilov Aqil Zərdab şəhər 3 saylı tam orta məktəbin riyaziyyat müəllimidir.
Layihənin keçirilməsində şagirdlərin robotexnika sahəsində bilklərinin artırılması, “Arduino” və “Raspberry Pi” platformaları ilə robotexnika üzrə prototiplərin hazırlanması. Bu məqsədlə şagirdlərə robotexnika və praqramlaşdırmanı “Arduino” və “Raspberry Pi” platformaları ilə tədrisi nəzərdə tutulur. Layihənin icra müddəti 4 aydır və Zərdab rayon məktəblərin əhatə edir.
28 sentyabr 2019-ci il tarixdə Zərdab şəhər 1 saylı məktəb-liseyin iclas zalında layihənin ilk təqdimatı keçirilmişdir. Layihənin rəhbəri Xəlilov Aqil çıxış edərək şagirdlərə layihənin keçirilməsi məqsədi barədə geniş məlumat verilmişdir. Şagirdlərə robotexnika və proqramlaşdırmanın öyrənilməsinə marağın artırılması və gələcək üçün bu sahənin artan önəmi qeyd edilmişdir.
Şagirdlərə “Arduino” və “Raspberry Pi” platformaları haqqında məlumat verilmişdir. Layihə müddətində çap edimiş və  robotexnikanın təbliğini özündə əks etdirən buraşurlar və kitabçalar şagirdlərə paylanmışdır.
Təqdimat zamanı rayon məktəblərindən 120-ə yaxın şagird iştirak etmişdir. Layihə müddətində rayon məktəblərindən 6-9 -ci sinif şagirdlərindən seçilmiş 20 nəfər şagirdə “Arduino” və “Raspberry Pi” platformaları öyrədiləcək və robotexnikanın əhəmiyyəti barədə geniş məlumatlar veriləcək. Eyni zamanda təlimlərdə şagirdlərə “Arduino” proqramlaşdırma dilinin tətbiqi öyrədiləcək. Təlimlər Zərdab şəhər 1 saylı məktəb-liseyin informatika kabinetində keçiriləcəkdir. Layihənin təqdimatı zamanı şagirdlərə keçiriləcək təlim kurslarına qeydiyyatın başlanması barədə  məlumat verilmişdir. Bundan başqa layihənin təlimlərində iştirakçıların seçilməsi üçün rayon məktəblərinə müraciətlər edilmişdir. Layihənin icrası ilə bağlı nəzərdə tutulmuş təlimlər 01.10.2019-ci il tarixindən başlanmışdır və 2 ay müddətində davam edəcəkdir. Sonda təlimlərdə iştirak edən şagirdlərə sertfikatlar veriləcək.