Cəmiyyət

Gəncədə bir ailənin dörd üzvü dəm qazından zəhərləndi, ölən var

Sharing is caring!

Gəncədə dörd nəfər dəm qazından zəhərlənib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər Dədəqorqud küçəsində dəm qazından zəhərlənmə barədə məlumat daxil olub.

Polis əməkdaşları və şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Araşdırmalar zaman 2020-ci il təvəllüdlü Z.İsayevanın dəm qazından zəhərlənərək öldüyü, Zeynəb Musayeva, Dərya Musayeva, Fatimə Musayevanın zəhərlənməsi məlum olub.

Faktla bağlı şəhər prokurorluğunda araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir