Cəmiyyət

H.Z.Tağıyev-Sumqayıt avtomobil yolunda hərəkət qismən məhdudlaşdırılacaq

Sharing is caring!

Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ilə Sumqayıt şəhərini birləşdirən respublika əhəmiyyətli avtomobil yolunda nəqliyyatın hərəkəti hissə-hissə qismən məhdudlaşdırıla bilər.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, bu, sözügedən yolda aparılan yenidənqurma işləri çərçivəsində nişanlanma xətlərinin çəkilişi, yol nişanlarının və yol təhlükəsizlik sədlərinin quraşdırılması ilə əlaqədardır. İşlər noyabrın 26-na qədər davam edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir