Cəmiyyət manset

Bakıda güclü küləklə bağlı açıqlama

Bu gün müşahidə edilən güclü şimal-qərb küləyi sabahdan etibarən mülayimləşəcək.

Bu sözləri XəbərAl.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, sabah səhər saatlarından etibarən havanın temperaturu mülayimləşəcək.

Nazirlik rəsmisi onu da qeyd edib ki, bugünkü güclü küləklə bağlı xəbərdarlıq artıq müvafiq təşkilat və qurumlara göndərilib.