Cəmiyyət

Baku TV-nin Ukraynadakı əməkdaşı ölümdən dönüb – VİDEO

Sharing is caring!

Baku TV-nin Ukraynadakı əməkdaşı çəkilişə gedən zaman ölümdən dönüb.

Bu barədə “Salam Baku” verilişində jurnalistin özü məlumat verib.

O bildirib ki, Xarkov vilayətinin Vovçansk rayonunun işğaldan azad olunmuş kəndlərindən birində çəkilişə gedərkən minalanmış ərazidən keçib.

“Həmin ərazilərdə həm işğal zamanı Rusiya Ordusunun, həm də qarşı tərəfin hücumlarının qarşısını almaq üçün Ukrayna Silahlı Qüvvələrinin yerləşdirdiyi minalar var. Mən isə səhvən hərbçilərin dediyi yolla deyil, minalanmış ərazidən getmişəm. Qayıdanda mənə dedilər ki, keçdiyin ərazidə 10 mina düzülüb, sən onların arasından getmisən”, – deyə M. Aslanov qeyd edib.

Ətraflı videonu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir