Cəmiyyət

Gömrük Akademiyasının qarşısında daha bir QƏZA – VİDEO

Sharing is caring!

Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş verib. 

Xeberal.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Dövlət Gömrük Akademiyasının qarşısında baş verib.

Səhər saatlarında “Opel” və “KİA” markalı avtomobillər işıqforun qırmızı işığında toqquşub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Xeberal.az-a açıqlamasında bildirib ki, baş verən qəza nəticəsində hər iki sürücü xəsarət alıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Dövlət Gömrük Akademiyanın qarşısında iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir