Cəmiyyət manset

Nəsimi rayonunda 21-sentyabr Beynəlxalq Sülh günü qeyd olundu-FOTOLAR

Sharing is caring!

Nəsimi rayonunda 21-sentyabr Beynəlxalq Sülh günü qeyd olundu

XəbərAl.az bildirir ki,21 sentyabr tarixi bütün dünya ölkələrində “Beynəlxalq Sülh günü” kimi qeyd olunur və bu əlamətdar gün münasibətilə dövlət, habelə vətəndaş cəmiyyəti qurumları və icmalar tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Respublikamızda “Beynəlxalq Sülh günü” ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il 21 avqust-21 sentyabr tarixlərində “Sülh aylığı” elan edilmiş və bir çox kütləvi maarifləndirmə tədbirləri keçirilmişdir.

20 sentyabr 2019-cu il tarixdə 5 nömrəli tam orta məktəbdə “21 sentyabr – Beynəlxalq sülh günü” ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva cıxış edərək Azərbaycanın sülhsevər ölkə kimi bir çox beynəlxalq təşkilatlar tərəfindən qəbul edildiyini və bu səbəbdən multikulturalizm və tolerantlıq mövzularında beynəlxalq konfransların məhz ölkəmizdə keçirildiyini diqqətə çatdıraraq qeyd etdi ki, qüdrətli və güclü orduya malik Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyev Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq normaları çərçivəsində həll etməyə çalışır və bütün dünyaya sülhün carçısı olduğumuzu əsaslı dəlillərlə sübut edir.

Tədbir 5 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladıqları kompozisiya, mahnı və rəqslərlə davam etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir