Cəmiyyət

Bakıda ana və azyaşlı oğlunu avtomobil vurub

Sharing is caring!

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı 5 yaşlı uşaq və anası ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Cənubdərə adlanan ərazidə qeydə alınıb.

Belə ki, 1986-ci il təvəllüdlü Babayeva Gülnarə Məhəmməd qızını və övladı – 2017-ci il təvəllüdlü Babayev Seyfulla Teyfulla oğlunu minik avtomobili vurub.

Onlar yolu keçməək istəyərkən qəzaya düşüblər.

Hər ikisi ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Uşağın vəziyyəti daha ağır qiymətləndirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir