Cəmiyyət

Azərbaycanda alim vəfat etdi

Sharing is caring!

Naxçıvan Dövlət Universitetinin alimi Novruzəli Rəhimov dünyasını dəyişib.

Bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb.

Bildirilib ki, alim Rəhimov Novruzəli Həmzə oğlu 1962-ci il mart ayının 20-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Qara-qala kəndində anadan olub.

1969-cu ildə Babək rayonunun Qaraqala kənd 1 saylı orta məktəbinə daxil olub və 1979-cu ildə həmin orta məktəbi bitirərək, 1981-1984-cü illərdə Sakit Okean Hərbi Dəniz Donanmasında hərbi xidmətdə olub.

Sonra 1991-ci ildə Naxçıvan Dövlət Universitetinin Fəlsəfə kafedrasında baş laborant vəzifəsinə təyin olunub və 1995-ci ildə universitetin Fəlsəfə və politologiya kafedrasında müsabiqə yolu ilə müəllim, 2000-ci ildə baş müəllim seçilib. 2007-ci ildən isə dosent vəzifəsində işləyib. Mərhum 2004-2016-cı illərdə Fəlsəfə və sosial iş kafedrasının müdiri vəzifəsində işləyib.

Novruzəli Rəhimov vəfatından öncə “Qloballaşma prosesində Azərbaycanın rolu” mövzusunda fəlsəfə üzrə elmlər doktoru dissertasiyası üzərində işləyib.

Mərhum iki metodik vəsaitin, üç fənn proqramının, bir monoqrafiyanın, 68 elmi məqalənin müəllifidir.

Qeyd edək ki, Norvuzəli Rəhimov 31 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adı verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir