Cəmiyyət

Cəlilabadda ağır qəza: “Hyundai” ilə toqquşan “KamAZ” aşdı – VİDEO

Sharing is caring!

Ələt-Astara yolun ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az-ın məlumatına görə, hadisə yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. 

Qəza zamanı “Hyundai” markalı minik avtomobili eyni istiqamətdə hərəkətdə olan 15-BK-035 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində yük maşını beton arakəsmələrə çırpılaraq aşıb və tamamilə yararsız vəziyyətə düşüb.

İlkin məlumata görə, qəzaya səbəb yüksək sürət olub.

Hüquq-mühafizə orqanlarından faktı Oxu.Az-a təsdiq ediblər.

Faktla bağlı araşdırma aparılır. 

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir