Cəmiyyət manset

“Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsi başa çatıb

Sharing is caring!

 

Müdafiə Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən məktəblilərin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda böyüməsi, idmana marağının artırılması və hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi məqsədilə təşkil olunan “Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinin başa çatması münasibətilə tədbir keçirilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov yeniyetmələr qarşısında çıxış edərək keçirilən düşərgə layihəsinin əhəmiyyətini vurğulamış, “Gənc Heydərçilər” düşərgəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uşaq və yeniyetmələrə olan diqqət və qayğısınin bariz nümunəsi olduğunu bildirmişdir. Ölkə başçısının yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaq və yeniyetmələrə olan diqqət və qayğısından, Nəsimi rayonunda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər barədə ətraflı məlumat vermiş, keçirilən bu cür tədbirlərin gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulamışdır.

Yeniyetmələr istirahət düşərgəsində olduqları müddətdə Quba-Qusar rayonlarının görməli yerlərinə, muzeylərinə ekskursiyalar təşkil olunub, eləcə də onlar hərbi hissədə əsgərlərin gündəlik həyatı və məişət şəraiti ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Düşərgədə yeniyetmələr müxtəlif yarışlarda, müsabiqələrdə iştirak etməklə yanaşı, silah və texnika nümunələri ilə tanış olub və hərbi təlimatçıların nəzarəti altında silahlardan atəş açıblar. Təntənəli bağlanış mərasimində qaliblər kubok və medallarla təltif olunub, fərqlənənlərə xatirə hədiyyələri təqdim edilib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir