Cəmiyyət

Samir Şərifov: “Rusiya-Ukrayna müharibəsi Qara dənizdə logistika problemi yaradıb”

Sharing is caring!

“Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) həmtəsisçisi kimi, regionun iqtisadi inkişafında göstərdiyi səylərə sadiqdir”.

Oxu.Az-ın məlumatına görə, bunu QDTİB-in Azərbaycan üzrə təmsilçi direktoru Samir Şərifov bildirib.

O bildirib ki, Rusiya-Ukrayna müharibəsi dünyanın qida təhlükəsizliyinə təhdid yaradıb:

“Müharibə Qara dənizdə logistika problemlərinə səbəb olub. Beynəlxalq maliyyə institutları bununla bağlı vəziyyəti qiymətləndirməli və analiz etməlidir”.

O əlavə edib ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı yeni növ koronavirus pandemiyasının çətinliklərindən uğurla keçib.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir