Cəmiyyət

Bakılılar üçün əvəzsiz istirahət zonasının acınacaqlı taleyi – FOTOREPORTAJ

Sharing is caring!

Mərdəkanda bir vaxtlar bakılılar üçün əvəzsiz istirahət zonası olan sanatoriya bu gün xarabalığı xatırladır.

Söhbət 1961-ci ildə inşa edilən “Bakinets” (Bakılı) sanatoriyasından gedir.

Bu sanatoriya vaxtilə yüzlərlə Qarabağdan olan məcburi köçkünlərə yuva olub. 2019-cu ildən sonra məcburi köçkünlər yeni mənzillərə köçürüldükdən sonra bina tamamilə yararsız hala düşüb.

Binanın divarlarını mozaikalar, barelyeflər, Azərbaycanın tətbiqi sənətinin qiymətli nümunələri qalıb. Bu mozaikalarda Qobustan motivlərinin təsvirini görmək olar.

Divarların yarısı dağılıb, digərləri isə qəzalı vəziyyətdədir. Bəlkə də bina söküləcək. Sökülərkən bu incilərin, incəsənət nümunələrinin buradan köçürülüb-köçürülməyəcəyini isə bilmirik.

Ümid edirik ki, bu cür gözəl nümunələr, mozaika və barelyeflər dağıntılar altında qalmaz…

“Global Photo Stock”un əməkdaşının viran qalan “Bakinets” sanatoriyasından hazırladığı reportajı təqdim edirik:

Sabiq Məmmədov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir