Cəmiyyət

Azərbaycan Avropa Vəkillər Kollegiyaları Assosiasiyasına üzv olub – FOTO/VİDEO

Sharing is caring!

Bu gün İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Assosiasiyasının (CCBE) plenar iclasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (Azerbaijani Bar Association) həmin təşkilata üzv qəbul olunub.

Oxu.Az xəbər verir ki, CCBE – “Council of Bars and Law Societies of Europe” Avropa Şurası və Avropa İttifaqına üzv olan bütün ölkələrin vəkillər kollegiyalarını birləşdirən ən nüfuzlu təşkilatdır.

Dörd illik məhsuldar fəaliyyətin nəticəsi olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyası CCBE tərəfindən müstəqil peşə birliyi olaraq rəsmən tanınmış və gərgin müzakirələrin nəticəsində böyük səs çoxluğu ilə təşkilata üzv qəbul olunub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir