Cəmiyyət Manşetüstü

Prezident İlham Əliyev Vüqar Rəhimzadəni “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ”Yubiley medalı” ilə təltif edib

Sharing is caring!

XeberAl.az  xəbər verir ki,Prezident İlham Əliyev Baş redaktor Vüqar Rəhimzadəni “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ”Yubiley medalı” ilə təltif edib.

Bu barədə Baş redaktor Vüqar Rəhimzadə öz şəxsi facebook səhfəsində yazıb.

Mətni sizlərə təqdim edirik:

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmağım mənim üçün böyük şərəfdir. Bu ali mükafata görə cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu mükafatı kiçik əməyimə, müstəqil Azərbaycanla həmyaşıd olan rəhbərlik etdiyim “İki sahil” qəzetinin 28 illik fəaliyyətinə verilən böyük dəyər kimi yüksək qiymətləndirirəm.
Cənab Prezident! Şübhəsiz, Sizin bu yüksək etimadınız şəxsən mənim və “İki sahil” qəzetinin gələcək fəaliyyəti üçün böyük stimul olacaq. Bir daha Sizə dərin minnətdarlığımı ifadə edir, bundan sonra da Azərbaycanın gələcək inkişafı naminə həyata keçirdiyiniz uğurlu siyasətə var qüvvəmizlə dəstək olacağımızı bildirirəm.
Bir daha təşəkkürlər, cənab Prezident!
Tanrı Sizi qorusun, Tanrı Azərbaycanımızı qorusun!

Bizdə XeberAl.az ailəsi olaraq öz növbəmizdə Vüqar müəllimi təbrik edirik.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir