Cəmiyyət

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

Sharing is caring!

Prezident İlham Əliyevin işğaldan azad edilmiş Füzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının Füzuli rayonuna növbəti səfəri uşaqdan böyüyə hər bir rayon sakininin ürəyində sabaha inamı, yaşamaq həvəsini, qurub-yaratmaq eşqini daha da alovlandırıb. Bu səfər həm də bir daha təsdiq etdi ki, İlham Əliyev hər zaman xalqın yanındadır, əhalinin sosial problemlərinin həlli istiqamətində çox mühüm işlər həyata keçirir. Regionlara səfəri zamanı vətəndaşlarla görüşərək səmimi söhbət etməsi, onların problemlərini dinləyib, hətta bəzilərinin yerindəcə həll edilməsi ilə bağlı tapşırıqlarını verməsi bunun bariz təcəssümüdür.
Görüşdə çıxış edənlər bildiriblər ki, ölkə başçısının uğurlu daxili siyasətinizin bariz nümunəsi özünü nəinki paytaxt Bakının, eləcə də respublikanın bütün regionlarının, o cümlədən, Füzuli rayonunun da hərtərəfli inkişafında göstərməkdədir. Ölkə başçısının Füzulidə 6 dəfə olması onun rayonumuza böyük diqqəti və qayğısının bariz nümunəsidir. Bu səfər də Prezidentin füzulilərə böyük inamı hesab olunmalıdır.
Dövlətimizin başçısı cənab İlham Əliyevin Füzuli rayonuna hər səfəri, burada bir sıra obyektlərin açılışında iştirak etməsi, füzulilərlə səmimi və yaddaqalan görüş keçirməsi rayon əhalisinin qəlbində dərin iz buraxıb. Dövlət başçısı məcburi köçkünlərin yaşadıqları ərazilərə həmişə sevinc gətirib. Respublika Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi xəttə sadiq olan füzulililər həm iqtisadiyyatı möhkəmləndirir, həyat şəraitlərini yaxşılaşdırır, həm də fəal həyat mövqeyi tutmaqla ölkənin və rayonun ictimai-siyasi həyatında daha yaxından iştirak edirlər. Ərazisinin bir hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına baxmayaraq, bu gün Füzuli rayonu bütövlükdə regionun inkişaf mərkəzi kimi tanınır. Dövlət başçısının xüsusi diqqət və qayğısı, rayon rəhbərliyinin gərgin əməyi və Füzuli camaatının zəhmətsevərliyi bu işdə xüsusi rol oynayır.
Torpaqlarımızın işğal altında olduğu illərdə ictimaiyyətimiz heç vaxt ümidini itirmədi. Torpaqlarımızın günlərin birində azad olunacağı ilə bağlı inamları gündən-günə böyüdü. Onların inamını daha da gücləndirən isə Prezident İlham Əliyevin yürütdüyü siyasət idi. Çünki bu siyasət torpaqlarımızın işğaldan azad olunacağı tarixi hər gün yaxınlaşdırırdı. Ötən ilin Vətən müharibəsində qazanılan qələbə bu inamın əbəs olmadığını göstərdi. 44 günlük savaşda xocavəndlilər də qəhrəmancasına iştirak edərək, böyük şücaətlər göstərdilər, tarixi qələbəmizin qazanılmasına özlərinin layiqli töhfələrini verdilər. Azərbaycan vətəndaşları məhz bu amalla yaşayır, işləyir və öz sabahlarını qururlar.
Ofeliya Qəhrəmanova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir