Cəmiyyət

PREZİDENT TƏMƏL QOYUR

Sharing is caring!

Prezident İlham Əliyevin Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə 2021-ci il 4 oktyabr tarixində keçirdiyi görüşdə çox mühüm məqamlara diqqət yetirilib. Bunlar əslində tarixi hadisılırdir. Bu layihələrin həyata keçirilməsi bölgənin potensialının ölkə iqtisadiyyatına reinteqrasiyasına, yerli istehsalın inkişafına böyük təkan verəcək, məşğulluq səviyyəsinin yüksəlməsinə əlavə imkanlar yaradacaq.
Cəbrayıl rayonunun gələcəyi haqqında danışanda təbii ki, iqtisadiyyatı, sosial-iqtisadi inkişafı ən önəmli məsələdir və Siz də qeyd etdiyiniz kimi, nəqliyyat dəhlizinin böyük bir hissəsi Cəbrayılın ərazisindən keçir. Burada üç magistral – iki avtomobil yolu və bir dəmir yolu üzərində hazırda iş aparılır. Eyni zamanda, bu gün təməlini qoyduğunuz “Araz Vadisi İqtisadi Zonası” burada göstərilib. Biz hazırda Əlaqələndirmə Qərargahı çərçivəsində alternativ enerji resursları üzərində də işləyirik. Artıq bu hissələrdə 240 kilovat gücü təmin edə biləcək günəş enerjisi təsərrüfatının təşkili planlaşdırılır. Növbəti sxemdə iqtisadi dayanıqlıqla bağlı bir neçə məqam əksini tapıb. Cəbrayıl rayonu faydalı qazıntılarla da kifayət qədər zəngindir, burada göstərilib. Kavdar qumundan yataqlar və sair.
Bununla yanaşı qeyd edək ki, işğaldan azad edilmiş Cəbrayıl rayonu qum-çınqıl, mişar daşı, kərpic gili, sement xammalı, gəc, əhəng və yəşəm kimi faydalı qazıntılarla zəngindir. İşğaldan əvvəlki dövrdə rayon iqtisadiyyatının əsas sahələri üzümçülük, tütünçülük, heyvandarlıq və taxılçılıq olub. Həmçinin rayonda qaramal kökəltmə, quşçuluq və baramaçılıq təsərrüfatları, xalçaçılıq müəssisəsi, üzüm emalı, çörək zavodları, kənd təsərrüfatı texnikasının təmiri müəssisələri fəaliyyət göstərib. Belə bir potensialı olan diyar, əlbəttə, bərpa olunmalıdır.
Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub. Cəbrayıl rayonunda yaradılacaq sənaye parkı 200 hektar ərazini əhatə edəcək. Ərazi kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalara bölünəcək. Burada logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Sənaye Parkında tikinti üçün üzlük və izolyasiya materialları, müxtəlif qatqı maddələri, metal konstruksiya istehsalı müəssisələrinin təşkili nəzərdə tutulur. Parkın ərazisində, həmçinin kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, süd və ət məhsulları istehsalı və emalı, şərab, yem, gübrə istehsalı, ipəkçilik müəssisələrinin, soyuducu kameraların qurulması, kiçik istehsal və xidmət sahələrinin yaradılması planlaşdırılır. Sənaye Parkının yaxınlığında yaşayış məntəqəsi olmadığı üçün sosial zonada 150 nəfərlik konteyner şəhərciyi qurulacaq. Şəhərcikdə Parkın idarə olunması və rezidentlər üçün ofis binaları, inzibati heyət, rezidentlər, tikintini həyata keçirən mühəndis və fəhlələr üçün yaşayış binaları və xidmət obyektləri, tibb məntəqəsi, idman meydançası və digər infrastruktur yaradılacaq.
Zakir Əliyev, əmək veteranı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir