Cəlilabad rayonunda 27 sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib. Cəlilabad şəhərindəki Şəhidlər Xiyabanında təşkil olunmuş Anım mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, şəhid ailələrinin üzvləri, qazilər, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimai təşkilatların nümayəndələri, idarə və müəssisələrin kollektivlərinin əməkdaşları, əmək və müharibə veteranları, məktəblilər iştirak etmişlər. Mərasim iştirakçıları tərəfindən Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəmanlar anılmış, əbədi məşəl önünə gül-çiçək dəstələri qoymuşlar. Anım tədbirində çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Çıxışlarda qeyd olunub ki, Vətən müharibəsində Azərbaycan xalqının vətən sevgisi, əzmkarlığı, iradəsi, xalq və ordunun ali məqsəd naminə həmrəyliyi, Ali Baş Komandanın qətiyyəti Azərbaycan Respublikası ərzilərinin işğaldan azad olunmasında əsas amil olub. Şəhidlərimizin bu Qələbədə ən çox payı vardır. Onların əziz xatirəsi böyüməkdə olan nəsil üçün örnəkdir.Çıxışlarda qeyd olunub ki, 27 sentyabr 2020-ci il tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribat törədilərək Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutulub. Nəticədə, hərbi qulluqçular ilə yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub. Diqqətə çatdırılıb ki, düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.RİH başçısı Cəlilabad şəhər mərkəzi qəbristanlığında şəhid məzarlarını ziyarət etmiş, Vətən müharibəsi şəhidlərinin xatirə abidəsinin açılışı olmuşdur.Anım tədbirləri Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Burada xalqımızın mərd oğullarının cəbhə həyatını əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. 27 Sentyabr Anım günündə rayon ərazisində ağacəkmə aksiyası keşirilmişdir. Aksiyada rayon İcra Hakimiyyətinin, müxtəlif idarə təşkilat və müəssisələrin kollektivləri, Vətən müharibəsi iştirakçıları və könüllülər iştirak ediblər.27 sentyabr – Anım Günü ilə bağlı ölkəmizin hər yerində olduğu kimi, Cəlilabadda da saat 12:00-da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb.
Oxşar Xəbərlər
“Ural Hava Yolları” Azərbaycana uçuşları dayandırıb
“Ural Hava Yolları” şirkəti oktyabrın 29-na qədər Rusiyanın cənubuna, həmçinin Azərbaycana, Ermənistana və Özbəkistana uçuşları dayandırıb. Bu barədə sərnişinlərə “Ural Hava Yolları”nın saytında məlumat verilib. Uçuşların dayandırıldığı Rusiya şəhərləri Krasnodar, Simferopol, Anapa, Gelencik, Rostov-Don və Voronejdir. Uçuşlara fasilə verilməsinin səbəbi açıqlanmır. Aviaşirkət müştərilərinə biletlərin pulunu geri qaytarmağı və yaxud yeni tarixə biletlərlə əvəz etməyi təklif edib. […]
ABŞ Ukraynaya 200 milyon dollar əlavə hərbi yardım ayırır
ABŞ Ukraynaya 200 milyon dollar məbləğində əlavə hərbi yardım ayırıb. Bu barədə bazar ertəsi, avqustun 14-də dövlət katibi Antoni Blinken məlumat verib. Məlumata görə, yeni yardım paketinə hava hücumundan müdafiə və artilleriya üçün döyüş sursatları, həmçinin tank əleyhinə və minatəmizləmə vasitələri daxildir. Bildirilir ki, silah və sursat Pentaqonun iştirakı ilə Ukraynaya veriləcək. Mənbə: iz.ru Xeberal.az
Bakıda bir neçə vətəndaşın külli miqdarda pulunu talayan şəxs tutulub
Paytaxtda bir neçə vətəndaşın külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə talayan şəxs müəyyən olunaraq saxlanılıb. Bu barədə Oxu.Az-a DİN-dən məlumat verilib. Daxil olan müraciətlər əsasında Səbail RPİ-nin 9-cu Polis Bölməsində aparılan araşdırmalarla 2018-2021-ci illər ərzində Bakı şəhər sakini olan 3 nəfərin 9 300, 14 800 və 8 400 manat pullarının dələduzluq yolu ilə talanması […]