Cəmiyyət

ƏMƏKDAŞLIĞIN TƏHSİL PRİORİTETLƏRİ

Sharing is caring!

Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçukun cari ilin 27 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən edilmiş qəbul zamanı çox mühüm məsələlər mü2zakirə edilib. Göstərilib ki, təhsil sahəsində əməkdaşlığın inkişafı prinsipial məsələlərdəndir. Təhsil sahəsində əməkdaşlıq olduqca önəmlidir. Çünki, gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçün çox önəmli addımlar atılmalıdır. İki ölkə arasında təhsil proqramları, təhsilin inkişafı, gələcəklə bağlı görüləcək işlərlə əlaqədar heç bir problem yoxdur. Proseslərin, işlərin sürətləndirilməsi üçün nə lazımdırsa, birlikdə edilir. Türkiyənin təcrübəsi ölkəmiz üçün çox önəmlidir. İşğaldan azad olunmuş şəhərlərin baş planı hazırlanır və bu baş planların tərkib hissəsi kimi məktəblərin tikintisi nəzərdə tutulur. Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin təməli qoyulmuşdur. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin də təməlqoyma mərasimi olub. Həm təhsil, təhsilin keyfiyyətinin qaldırılması, eyni zamanda, Türkiyə və Azərbaycan gənclərinin bir-birinə daha sıx bağlı olması ilə əlaqədar əlavə tədbirlər görülməlidir.
Ən vacib məsələlərdən biri budur ki, Azərbaycanın müasir tarixi öyrənilməli və təbliğ olunmalıdır. Təhsil proqramlarda, orta məktəblərdə və ali məktəblərdə, universitetlərdə tarix dərsliklərinə İkinci Qarabağ müharibəsi mövzusu mütləq salınmalıdır. Cənab İlham Əliyev artıq göstəriş vermişdir ki, bizim təhsil proqramlarımızda, məktəblərdə və ali məktəblərdə, universitetlərdə tarix dərsliklərinə İkinci Qarabağ müharibəsi mövzusu mütləq salınsın. İndi bizim müvafiq qurumlar, o cümlədən Təhsil Nazirliyi bu məsələ üzərində çalışır ki, bizim bu şanlı tariximiz dəqiqliklə öyrənilsin. Çünki beynəlxalq mətbuatda bu günə qədər İkinci Qarabağ müharibəsi ilə bağlı yanlış və təhrif edilmiş məlumat dərc edilir. Ona görə, real həqiqətləri, həqiqətə əsaslanmış bu tarixi biz həm öz vətəndaşlarımıza, həm də dünyaya çatdırmalıyıq. Türkiyənin tarix dərsliklərində də bu məsələ öz əksini tapacaq.Bununla da dövlətimizin başçısı Azərbaycanın hər zaman beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü təmin etməyə hazır, meydana çıxa biləcək hər hansı təhdidlərin qarşısını qətiyyətlə almağa qadir olduğunu bildirib. Dövlətimizin başçısının bu xəbərdarlığı erməni siyasətçilərini düşündürməlidir.
Peşə təhsili sahəsi Azərbaycan üçün ən aktual mövzulardan biridir. Peşə təhsili ilə bağlı işlər davam edir. Buna çox böyük ehtiyac var. Xüsusilə, azad edilmiş torpaqlarda və bütün ölkə üzrə yeni təhsilli kadrların hazırlanması çox böyük önəm daşıyır. Ona görə, azad edilmiş torpaqlarda ixtisaslar üzrə, o bölgələrin potensialına uyğun olaraq peşə məktəbləri yaradılmalıdır. Peşə təhsili ilə bağlı işlər davam edir. Buna çox böyük ehtiyac var. Azərbaycan, bu gün böyük quruculuq işlərinin astanasındadır və həm azad edilmiş torpaqlarda, həm də bütün ölkə üzrə yeni təhsilli kadrların hazırlanması çox böyük önəm daşıyır. Ona görə, azad edilmiş torpaqlarda ixtisaslar üzrə, o bölgələrin potensialına uyğun olaraq peşə məktəbləri yaradılmalıdır. Ona görə, bizim gənc nəslimiz, əlbəttə ki, tarixi olduğu kimi bilməlidir. Tarixin təhrif olunması böyük yanlışlıqların səbəbidir. Gənclər tarixi olduğu kimi bilməlidir. Təhrif edilmiş tarixin böyük təhlükələri var. Azərbaycan xalqının qanını axıdan daşnak-bolşevik bandalarının rəhbərləri qəhrəman kimi təqdim edilirdi. Qəhrəmanlar düşmən kimi göstərilirdi, düşmənlər qəhrəman kimi. Müstəqilliyə qovuşandan sonra real tarixi bildik. Ona görə, müasir tariximizi olduğu kimi təqdim etməliyik və bu sahədə çalışmalıyıq.İndiki şəraitdə biz həm qədim tariximizi, eyni zamanda, müasir tariximizi olduğu kimi təqdim etməliyik və bu sahədə bərabər çalışacağıq.

Xudayar Soltanlı, APU Cəlilabad filialının direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir