Cəmiyyət

Fəzail Ağamalı:İşğalçı Ermənistan növbəti vəhşiliyini nümayiş etdirdi

Sharing is caring!

İşğalçı Ermənistan növbəti vəhşiliyini nümayiş etdirdi. Humanitar atəşkəsə imza atandan dərhal sonra bütün cəbhə boyu hücumlarını davam etdirməklə kifayətlənməyən vandal ölkə dinc Azərbaycan əhalisini ağır artileriya və raketlərdən davamlı atəşə tutdu. Öz vəhşi və faşist əməllərinə sadiq qalan barbar ermənilər dağıdıcı raketlərlə bu gün gecə hər bir Azərbaycanlının varlığı qədər sevdiyi Gəncə şəhərini atəşə tutdu, evlərində uyuyan günahsız körpələrə, qadınlara belə aman vermədən onlara ölüm hökmünü oxudu. Son məlumatlara görə 9 nəfər vətəndaşımız şəhid oldu, 30 dan yuxarı soydaşımız ağır yaralanandı.

Dünya liderlərinə yalvaran, onların qarşısında diz çöküb, kömək uman faşist düşüncəli Ermənistanın hərbi – siyasi rəhbərliyi öz imzasına sahib çıxmadı, humanitar atəşkəs təşəbbüsü ilə çıxış edən və onu reallaşdıran rəsmi Moskvaya meydan oxudu, onun nüfuzuna ağır zərbə endirdi.

Beynəlxalq hüququ təpiklər altına atan, müharibə qaydalarına əməl etməyən, əksinə ona yeni – yeni vəhşi elementlər gətirən Ermənistan artıq bütün güzəşt limitini bitirmişdir. Sivil dünyaya ləkə gətirən mütəce və riyakar Ermənistan təkcə Azərbaycanın qəhrəman ordusu deyil həm də bütün tərəqqipərvər qüvvələr tərəfindən cəzalandırılmalıdır.

Tam əminəm ki, Ali Baş Komandanımız və qəhrəman Silahlı Qüvvələrimiz Ermənistanın Gəncədə törətdiyi vəhşiliyin cavabını qətiyyətlə verəcək, qısa zaman kəsiyində murdar vəhşilər yerlə yeksan olacaqdır.

Qələbə bizimlədir!

Yaşasın Azərbaycan Xalqı ilə Ordumuzun​ və Ali Baş Komandanımızın sarsılmaz birliyi!

Fəzail Ağamalı,

Millət Vəkili, Ana Vətən Partiyasının sədri.

11 Oktyabr 2020 – ci il.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir