Cəmiyyət

Uşaq Pulu ilə bağlı cənab Prezidentə Məktub.

Sharing is caring!

Cənab Prezident!!!

Mən bu məktubu sizə tək öz adımdan deyil, bütün gənc ailələr , hansı ki, evində gələcəyin əsgərini, həkimini, müəllimini, hüquqşinasını, diplomatını böyüdən ailələr adından yazıram.
Möhtərəm ölkə rəhbərimiz!!!
12, 13 yaşım olarkən uşaq pulunun verilməsi dayandırıldı. Dayandırılma təklifini verənlər isə dövlətlə biz sadə vətəndaşlar arasında elçilik edən, millətin vəkili dediyimiz, amma seçildikdən sonra vəkili olduqları xalqı yaddan çıxaran deputatlar oldular.
Artıq 20 il keçməsinə baxmayaraq Ulu Öndərimiz Heydər Əliyevin “Uşaqlar bizim Gələcəyimizdir” dediyi övladlarımızın böyümə şəraiti, yeməyi, pampersi, geyimi heç kimin yadına düşmür.
Cənab Prezident!!!
Hər 5 ildən bir Milli Məclisə vəkilimiz deyə seçib göndərdiyimiz deputatlar demək olar MM-in hər sesiyasında sanki, sadə vətəndaşlarla zarafat edirmişcəsinə UŞAQ PULU məsələsini ortaya atırlar. Amma çox təəssüfki, 125 deputat son 20 ildə bu mövzuda 1 qərara gələ bilmirlər. Sizdən artıq dərəcədə xahiş edirik bizi bundan sonra və bu məsələdə 125 zarafarçıl insanların öhdəsinə buraxmayın.
ÜMİDİMİZ YALNIZ SİZSİZ!!!
Hörmətli Ölkə Rəhbərimiz!!!
1 uşağın 1 ay ərzində tələbatı minimum 120-150 manat edir. Bura hər ay ən azı 40 manat təşkil edən pampers, qiymətləri eşidən qulaqları köz kimi yandıran uşaq yeməkləri və s daxildir.
Cənab Prezident and ola vicdanımıza 2 yaşlı uşağa şortik-mayka minimum 15-20 manat qiymətinədir.
Biz atalar övladlarımızı normal qaydada maddi təmin etmək, dil bilikləri və kompyuter biliklərinə yiyələnib müasir dünyamızda ölkəmizi dünya miqyasında layiqli tərənnüm edə bilmələri üçün hər şəraiti yaratmaq istəyirik. Amma yarada bilmədiyimiz üçün bu mövzuda aciq qalırıq övladlarımızın qarşısında. Çünki müasir standartlara cavab verən bağçaların, məktəblərin, ali təhsil ocaqlarının qiymətlərini eşitdikcə heç binalarına yaxınlaşa bilmirik.
AXI BİZİMDƏ BALALARIMIZIN YÜKSƏK SƏVİYYƏLİ TƏHZİL ALMAĞA HAQQI VAR.
Biz sizə bu məktubu çox böyük ümidlərlə yazırıq. Və əminik ki, bu məsələdə bizi bu dəfə kimlərinsə ümidinə buraxmayacaqsız.
Cənab Prezident!!!
Sizin və Mehriban xanımın uşaqlara olan sevginizin şahidiyik.
Bu xalq sizə güvənir!!!
Özünüz dəfələrlə bildirmisizki, vətəndaşlar bütün problemlərini, çətinliklərini şəxsən mənə çatdırsınlar. Bizdə 20 ildən çoxdur həll olunması müşkülə çevrilən uşaq pulu məsələsini şəxsən sizə çatdırlmasında həll olunacağının əminliyindəyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir