Xeberal.Az xəbər verir ki, polis əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilmiş karantin rejiminin qaydalarının təmin olunmasına nəzarət etmək və profilaktiki tədbirlər keçirməklə yanaşı, vaxtaşırı olaraq köməyə ehtiyacı olan və tək yaşayan vətəndaşlara yardım işini də həyata keçirir. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilmiş rayon sakini A.Səfərova baş çəkiblər. Rayonunun Nəsimikənd kəndinin sakini olan həmin şəxs tək yaşadığı üçün polis əməkdaşları ona gündəlik ərzaq tələbatı mallarından ibarət bağlama gətiriblər. Şöbə əməkdakdaşları A.Səfərovun ehtiyacları ilə maraqlanıb və bir daha xatırladılıb ki, yaşadığı yeri tərk edib başqaları ilə təmasda olması həyat və sağlamlıq baxımından təhlükəlidir. Buna görə də zəruri məsələlərlə bağlı hər an polisə müraciət edə bilər. Vətəndaş A.Səfərov göstərdikləri diqqətə və ev şəraitində müalicə aldığı dövrdə gündəlik olaraq onun qayğıları ilə maraqlandıqlarına görə polis əməkdaşlarına minnətdarlığını bildirib.
Oxşar Xəbərlər
İrəvan Moskvanı Parisə dəyişir: Kreml qəzəblidir – ŞƏRH + FOTO
Keçmiş müstəmləkələrindən biabırcasına qovulan Fransa yeni bölgələr uğrunda mübarizəyə qoşulub. İndi də Ermənistanı Cənubi Qafqazda növbəti koloniyasına çevirməkdə israrlı görünür. Ermənistan da bu çirkin və bədnam planın qarşısında kor-koranə boyun əyməkdədir. Görünən odur ki, İrəvan Qafqazda Rusiya forpostluğunu Fransa ilə əvəzləməyi qətiləşdirib. Hərbi sahədə Paris-İrəvan əməkdaşlığı sürətli silahlandırma mərhələsinə daxil olub. Paris İrəvanı inandırmağa çalışır […]
Müdafiə Nazirliyi: “Əməliyyat şəraiti ordumuzun tam nəzarəti altındadır”
“Hazırda Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgin olaraq qalır”. Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov keçirdiyi brifinqdə deyib. O, bildirib ki, əməliyyat şəraiti ordumuzun tam nəzarəti altındadır: “Təəsüf ki, itkilərimiz var və ictimaiyyətə məlumat veriləcək”. İlhamə Əbülfət Xeberal.az
İlham Əliyev İranın yeni seçilən prezidentini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının yeni seçilmiş prezidenti Seyid İbrahim Rəisiyə təbrik məktubu ünvanlayıb. XəbərAl.az xəbər verir ki, mətndə deyilir: “Hörmətli cənab Rəisi, İran İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan Respublikası tarixən dini və mədəni köklərlə bağlı olduğu İran İslam Respublikası ilə münasibətlərə xüsusi əhəmiyyət verir. Strateji əməkdaşlıq səviyyəsinə […]