Gəncədə bıçaqlanma hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə şəhərin dəmir yolu vağzalı adlanan ərazisində qeydə alınıb. Samux sakini, 1985-ci il təvəllüdlü Məqsəd Hüseynov qarnının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat edilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Xeberal.az
Son günlər sosial şəbəkələrdə Fransanın Evian-le Bən şəhərində 2017-ci ildə ucaldılmış Xurşidbanu Natəvanın heykəlinin tezliklə götürüləcəyi ilə bağlı məlumatlar işıqlandırılır. Natəvanın heykəlinə qarşı vandalizm aktı törədilib və üzərinə qırmızı boya atılıb. Heykəlin mühafizəsi məqsədilə üzərinə qoruyucu örtük sarılıb. Qeyd edək ki, Fransanın son zamanlar kəskin şəkildə güclənən anti-Azərbaycan siyasəti indi mədəniyyət və incəsənət sahəsinə də […]
Ermənistan Silahlı Qüvvələri Tərtərə raket hücumlarından sonra indi də Bərdəni raket atəşinə tuturlar. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Aparatının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında bildirib. Onun sözlərinə görə, Paşinyan rejimi dünən insanları bombacıqlarla öldürməsindən heç bir dərs çıxarmayıb. “Ermənistan hərbi işğala son qoymalıdır”, – deyə H.Hacıyev vurğulayıb.