Cəmiyyət

Lənkəranda qəzada piyada ağır xəsarət alıb

Sharing is caring!


Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Qumbaşı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Lənkəran rayonunun Qumbaşı kənd sakini, 1988-ci il təvəllüdlü İlkin Natiq oğlu Əzimov ağır kəllə-beyin travması diaqnozu ilə Lənkəran rayon mərkəzi xəstəxanasına qəbul olunub. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir