Cəmiyyət

Bizim birgəyaşayış şərtimiz

Sharing is caring!

Rəsmi İrəvan indi özü üçün yeni ağa axtarışındadır. Bilmir kimin ayağının altına yıxılsın. Ermənistan bütün dünyaya öz satqınlığını, nankorluğunu bir daha göstərir. Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır.

İşğalı dondurmaq üçün davamlı cəhdlər atılırdı. Otuz il ərzində Ermənistan və onun havadarları, onun arxasında duran müttəfiqləri bizi haqq işimizdən çəkindirmək üçün müxtəlif imkanlardan, müxtəlif vasitələrdən istifadə etməyə çalışırdılar, bizi mənasız danışıqlarla yormaq istəyirdilər, bizi işğalla barışdırmaq istəyirdilər.

İşğal dövründə Ermənistanla əməkdaşlığa başlamaq üçün səylər göstərilmişdir. Azərbaycan xalqı və Azərbaycan dövləti güclü iradə göstərərək bütün bu cəhdləri dəf etmişdir. Lakin İkinci Qarabağ müharibəsinin ibrət dərsi Ermənistana hələ ki, dərs olmayıb. Ermənistanda revanşist qüvvələr baş qaldırıb. Çünki bizim işimiz haqq işidir. Bu səbəbdən Ermənistan rəhbərliyi çirkin əməllərdən çəkinməlidir. Ermənistanda yenə də Azərbaycana qarşı, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları qaldırılır. Ermənistanın arxasında dayanan bəzi ölkələrdə əl çəkməlidir çirkin əməllərdən. Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz.

İşğal edilmiş torpaqları qan tökərək azad etdik. Qırx dörd gün ərzində Azərbaycan xalqı ordumuzun arxasında dayaq kimi, yumruq kimi birləşdi. İndi bütün azad edilmiş torpaqlarda bərpa işləri aparılır. Ermənistan bu əraziləri viran qoyub, talan edib. Otuz il ərzində daşları bir-bir söküb həm Ermənistanda, həm də ki, Ermənistanın qonşu ölkəsində bazarlarda satdırıb.  Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib, artıq Talış kəndinə 20 ailə qayıdıbdır və 180-ə yaxın ailə qayıdacaqdır. Bu gündən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailə yaşayacaq. Bu ailələr üçün bütün imkanlar yaradılıb. İndi hər kəs görə bilər nə gözəl evlər, məktəb, uşaq bağçası, ictimai binalar tikilib, məşğulluq üçün şərait yaradılıb.

       Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfərimizi şərtləndirən amillərdən bəhs edərkən bu məqamı xüsusi qeyd edir ki, mənim prezidentliyim illərində Azərbaycanda torpaq uğrunda canını fəda etməyə daim hazır olan gənc nəsil yetişdi. Bu gənclik öz qanı-canı bahasına torpaqlarımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Ölkə Prezidenti çağırışında vurğulayır ki, hər kəs bilməlidir, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. Tarixi Qələbəmizin qazanılmasında, ilk növbədə, onlara, bütün Azərbaycan xalqına borcluyuq.

Ülvi Astanov

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Komanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir