Cəmiyyət

Ağsu rayon Məşqulluğ Mərkəzinin Direktoru Kamal Mirzəyev XəbərAl.az saytının təşəbbüsünə qoşulub daha bir imkansız ailəni sevindirdi.

Sharing is caring!

Bu gün Koronavirus Pandemiyası Azərbaycanımızda geniş vüsət alsa da mənə müraciət edən Ağsu rayon Xəlilli kənd sakini yataq xəstəsi Nəsibov Sakit Muxbir oğlunun ailəsini sevindirə bildik.
Mənə müraciət olunan kimi dərhal Ağsu rayon Məşqulluğ Mərkəzinin direktoru dəyərli dostumuz Kamal Mirzəyevə zəng edib bir ailəyə ərzaq köməkliyi lazım olduğunu xahiş elədim.
Həqiqətən Kamal müəllim çox sağ olsun ki, həmin dəqiqə mənim gözlərim üstə deyib, hər zaman Azərbaycan xalqının,hökumətinin,və Ağsu əhalisinin yanında olduğunu bildirdi sözü gedən məsələyə dərhal öz insanlıq reaksiyasını verdi.Təxminən bir neçə dəqiqə sonra Kamal müəllim mənə zəng edərək ərzaqların hazır olduğunu dedi.Ağsu Məşqulluğ Mərkəzinin mütəxəssisi ilə birgə ərzaqları götürərək yollandıq maddi vəziyyəti pis olan imkansız ailə Sakit Nəsibovun evinə.
Ağsu rayon Xəlilli kəndi rayondan təxminən 40km uzaq olsa da Kamal müəllim öz işçisinə bu gün həmin ailəyə mütləq ərzağın çatdırılmasını dedi.
Həqiqətən çox sağ olun Kamal müəllim!
Sizin kimi məmurları,qeyrətli vətən oğullarını Allah bizlərə çox görməsin.
Bilmirəm sizə necə minnətdarlıq edim.
İmkansız ailə sizlərə o qədər alqış elədi ki,qəhərdən gözlərim doldu.

Məndə öz növbəmdə Ağsu rayonu icra hakimiyyətinin başçısı Vahid Tağıyevə,Əmək və Əhalinin Sosial Müdafiəsi Yanında Dövlət Məşqulluğ Xidmətinin Ağsu Rayon Məşqulluğ Mərkəzinin Direktoru Kamal Mirzəyevə sonsuz təşəkkürümü bildirirəm.

Allah dəyərlilərə bor ruzi və bərəkət versin.

Nəzərinizə çatdırım ki, XəbərAl.az saytı olaraq, karantin rejimi bitənə qədər Ağsu rayonundan olan imkansız ailələr bizə müraciət edə bilər bu ənənəni davam etdirəcəyik.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir