Cəmiyyət

Ucarda çirkab suları küçələrə axıdılır – VİDEO

Sharing is caring!

Ucar rayonunda çirkab suları küçəyə axıdılır.

Rayonun Dədə Qorqud yaşayış massivində kanalizasiya xətləri olmadığından binalardan və həyət evlərindən küçələrə axıdılan çirkab suları məhəllələrdə toplanır.

Bir neçə il əvvəl massiv ərazisində kanalizasiya borularının çəkilməsinə başlanıb, amma işlər yarımçıq qalıb. Bu səbəbdən məhəllədə yaşayan 180 evin kanalizasiya suları küçələrə axır.
Sakinlərin sözlərinə görə, dəfələrlə müvafiq qurumlara müraciət ediblər, amma problem öz həllini tapmayıb.

“Azərsu” ASC-nin tərkibində olan Ucar su-kanal idarəsindən bildirdilər ki, bu günə qədər Ucar şəhəri ərazisinin cəmi 20 faizində yeni kanalizasiya xətləri çəkilsə də, işlər yekunlaşmayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir