Cəmiyyət

Astarada xəstəxanada acınacaqlı vəziyyət: Natəmizlik, alver – VİDEO

Sharing is caring!

Astarada xəstəxanada hərc-mərcliyin baş alıb getdiyini əks etdirən görüntülər redaksiyamıza göndərilib.

Vətəndaşlar  bildiriblər ki, Astara Mərkəzi Rayon Klinikasında İrandan qayıdan azərbaycanlılar natəmiz şəraitdə saxlanılır:

“Xəstəxanada su yoxdur. Natəmiz şəraitdə saxlanılırıq. Xəstəxananın içərisində açıq-aşkar alver gedir. Tibb işçisi geyimində qadın bizə bulka satır. Xəstəxanaya pul xırdalamağa gəldiyini deyən qadın evdə bişirilən bulkaların dörd ədədini iki manata satmağa çalışır.

İçəri kim tərəfindən buraxıldığını isə demir. Biz bilmirik ki, bizi burada daha nə qədər saxlayacaqlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir