Cəmiyyət

Qubada avtomobil maneəyə çırpılıb, ölən var

Sharing is caring!

Quba-Susay avtomobil yolunda hərəkətdə olan “VAZ-21015” markalı minik avtomobilinin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində sürücü, 1995-ci il təvəllüdlü Qasımov Elşən Bağır oğlu aldıgı xəsarətlərdən ölüb.

“Report”un məlumatına görə, E.Qasımovun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir