Cəmiyyət

Prezident İlham Əliyevin Macarıstana səfəri tarixi əhəmiyyət kəsb edir

Sharing is caring!

       Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 30-da Budapeştə səfəri böyük önəmə  malikdir və  xüsusi əhəmiyyəti var. Azərbaycan ilə Macarıstan arasında iqtisadi əlaqələrin yalnız enerji deyil, eyni zamanda qeyri-neft sektoru üzrə inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Bu baxımdan, səfər zamanı keçirilən görüşlər, müzakirələr və razılaşmalar da məhz bu potensialdan daha yaxından istifadəyə imkan yaradacaq. Bu baxımdan, Azərbaycan Prezidentinin son səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.

Dövlətimizin başçısı İlham Əliyevin xarizması, nümunəvi davranışları, özünəməxsus idarəçilik qabiliyyəti, siyasət elmini dərindən bilməsi, həmçinin Azərbaycanın xarici ölkələrlə münasibətlərinin qurulmasında və inkişafında sərgilədiyi yanaşma, atdığı hər bir imzasına verdiyi dəyər ölkəmizin beynəlxalq nüfuzunu günü-gündən yüksəldib, etibarlı tərəfdaş imicini qazandırıb. Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu və keyfiyyətli xarici siyasət dövlətimizə, xalqımıza beynəlxalq səviyyədə müsbət imic qazandırıb.

Macarıstanın Baş naziri Viktor Orban Prezident İlham Əliyev haqqında demişdir:“Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meylliyik və o daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm”. “Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə, Macarıstan isə qərbdə Almaniya, şərqdə Rusiya ilə həmsərhəddir. Biz bundan keçmişik. Biz vəziyyətə bələdik. Belə bir mürəkkəb vəziyyətdə xalqı idarə etməyin nə dərəcədə çətin olduğunu bilirik. Bu, bizə dostluğumuzun möhkəmlənməsində çox kömək edib”.

      Bəli, həqiqət və reallıq budur ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan dövləti xalqı­mızın milli maraqlarına xidmət edən, eyni zamanda beynəlxalq normalara əsaslanan müstəqil, ədalətli və prinsipial xarici siyasət kursu həyata keçirir. Milli və bəşəri dəyərlərdən qaynaqlanan bu xətt sivil dünya tərəfindən uğurlu siyasət modeli kimi qəbul və təqdir olunur, nəticədə Azərbaycanın nüfuzu və imici daim yüksəlir.

Gülnar Əmrahova,

Cəlilabad rayon Komanlı bələdiyyəsinin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir