“Müstəqil həyata sağlam inteqrasiya” layihəsinin Maştağada yerləşən 1 saylı İnternat məktəbindəki ilkin hissə başa çatıb. “İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müstəqil həyata sağlam inteqrasiya” uşaq evləri və internat məktəblərində təhsil alan və həmin müəssisələrdən məzun olan gənclərin psixo-sosial reabilitasiyası layihəsinin Maştağa qəsəbəsi 1 nömrəli internat məktəbi hissəsi uğurla başa çatıb. İnternat məktəbində keçirilən bağlanış mərasimində “İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin sədri Araz Əhmədov, PXTM-nin icraçı direktor müavini Rəşad Bayramov, “Loqos” un təlimçisi, Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Kamran Məmmədov iştirak ediblər. Bağlanışda “Loqos” un təlimçisi Kamran Məmmədov uşaqlara “Motivasiya, şəxsi inkişaf və uğur” adlı təlim keçib. Təlim zamanı bildirilib ki, motivasiya insanın iş görməsini dəstəkləyən təhrikedici psixoloji qüvvədir. O, insan davranışlarını istiqamətləndirməklə onların fəaliyyətsizliyini aradan qaldırır, fəaliyyətin davamlılığını təmin edir. Təlimdən sonra uşaqlar qrup işi hazırlayıb, təqdimat ediblər. Məlumat üçün bildirək ki, layihə çərçivəsində Maştağa 1 nömrəli internat evində 12 nəfər gəncə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən 8 seansdan ibarət psixoloji reabilitasiya xidməti göstərilib. Hal-hazırda Buzovnada 10 nəfər internat gənci ilə psixoloji seanslar davam edir.
Oxşar Xəbərlər
Azərbaycanlı deputat Fransa XİN başçısına çağırış edib: “Gələcəyin varsa, görəcəyin də var” – FOTO
“Fransanın xarici işlər naziri Ketrin Kolonnaya deyirəm ki, gələcəyin varsa, görəcəyin də var. Əgər o, Azərbaycana gələrsə, ölkəmizin Xarici İşlər Nazirliyində idarə müdirinin köməkçisi, uzağı sektor müdiri səviyyəsində qarşılananda başa düşər ki, kiminlə belə danışır”. Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. O xatırladıb ki, Fransa XİN başçısı bu günlərdə öz “Twitter” hesabında […]
Azərbaycanda mədəniyyət və idman xərcləri 2% azaldılır
Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətlə bağlı ayırmalar 10,879 milyon manat və yaxud 1,9% azaldılaraq 561,709 milyon manatdan 550,83 milyon manata endirilir. “Report” xəbər verir ki, bu, “2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, mədəniyyət və incəsənət sahəsində fəaliyyət […]
Banklara ikiqat zərər: “Güzəşt ciddi effekt verməyəcək” – FOTO
Əhali əmanətləri üzrə gəlirlərin vergiyə cəlb edilməsinin heç bir mənfi təsirinin olmayacağını müəyyən dairələr bildirəndə, birmənalı olaraq bununla razılaşmadıq. Bunun əmanət həcmlərinə mənfi təsir edəcəyini və güzəştlərin qüvvədə saxlanılmasının vacib olduğunu bildirdik. Olke.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, bu gün – 10 ay sonra deyilənlər qismən isbatını tapıb: “Yenidən […]