Cəmiyyət

Göygöldə dəm qazı can aldı

Sharing is caring!

Göygöldə iki nəfər dəm qazından zəhərlənib. 

Oxu.Az xəbər verir ki, hadisə rayonun Mollacəlilli kəndində qeydə alınıb.

1994-cü il təvəllüdlü Kamil Musayev yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. 28 yaşlı kişi xəstəxanaya çatdırılsa da, öldüyü məlum olub.

Digər hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Kənd sakini 1980-ci il təvəllüdlü Dilşad Ələsgərova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktlarla bağlı araşdırma aparılır.

Samir İsayev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir