Cəmiyyət

Bakıda 75 manata satılan dərman Türkiyədə beş dəfə ucuzdur – FOTO

Sharing is caring!

Sosial şəbəkələrdə daha bir dərmanın qiymətinin qalxması müzakirələrə səbəb olub. Bildirilib ki, Bakıdakı apteklərdə 75 manat 66 qəpiyə satılan “Qalvus Met” adlı dərman Türkiyədə qat-qat ucuzdur. 

“Qafqazinfo” xəbər verir ki, diabet xəstələrinin müalicəsində istifadə olunan dərmanın bir qutusu Türkiyədə 153,51 TL-yə (13 manat 99 qəpik) satılır. Yəni Bakıda bir qutuya veriləcək pulla qardaş ölkədə təxminən 5 qutu dərman almaq mümkündür. 

Xatırladaq ki, qiymət artımı müşahidə olunan tək dərman preparatı bu deyil. Daha əvvəl də belə hallar aşkar olunmuşdu. Belə ki, sentyabr ayında apteklərdə yodun tapılmaması daha sonra onun qiymətinin kəskin artması ilə nəticələnmişdi. Əvvəllər 40 qəpiyə satılan yod hazırda 1,20 manatadır.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında da dərmanların qiyməti müzakirə olunub. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir