Cəmiyyət

Bakıda qırmızı işıqdan keçən motosikletçini avtomobil vurdu – FOTO

Sharing is caring!

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 99-TD-698 dövlət nömrə nişanlı avtomobil Yüsif Səfərov küçəsi ilə hərəkətdə olarkən bu zaman Mehdi Mehdizadə küçəsində hərəkətdə olan motosikletçi işıqforun qırmızı işığında yolu keçərkən onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Motosiklet sürücüsünün kimliyi hələ ki məlum olmayıb.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir