Cəmiyyət

Yasamalın bir hissəsinə suyun verilişinin dayandırılmasının səbəbi AÇIQLANDI

Sharing is caring!

Bakının Yasamal rayonunun bir hissəsinə suyun verilişi dayandırılıb.

Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, nasos stansiyasında baş vermiş nasazlıqla əlaqədar Yasamal rayonunun Şərifzadə, Zərdabi, A.Abbasov və N.Hikmət küçələrinin bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb.

“Hazırda qəza-bərpa xidmətinin əməkdaşları nasazlığın aradan qaldırılması üçün ərazidə işləyir”, – deyə məlumatda qeyd olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir