Bölgə

Əhəd Abıyev milyonluq mülklərinin olması iddiaları ilə bağlı təkzib verərək barəsində deyilən əsassız şayiələrin səbəbini açıqladı

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, 3 il əvvəl Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə bağlı Almaniyada yaşayan bloger Həbib Müntəzirin öz Facebook səhifəsində yayımladığı “Masallının “kral”ı Əhəd Abıyevin topdağıtmaz nəhəng sərvəti: xaricdə hotellər, restoranlar, lüks villalar…” başlıqlı əsassız, şər-böhtan xarakterli, təsdiqini tapmadığı üçün elə həmin vaxt bir sıra saytlarda, o cümldən “Kanal13-də” və “Hürriyyət”də təkzib edilmiş eyni yazını 24.04.2022-ci il tarixdə Qabil Məmmədov xaricdən özünün “Haqsızlığa susma” Youtube kanalında təkrarlayaraq yenidən səsləndirmiş, həmişə olduğu kimi qarayaxma kampaniyasını davam etdirmişdir.
Təkzib edilmiş həmin yazıda sadalanan əmlakların hamısı uydurmadır və Əhəd Abıyevlə heç bir bağlılığı, aidiyyəti yoxdur. Məkirli niyyətlə xaricdən dövlətimizə qarşı hər cür çirkin iş aparan antimilli blogerlərin özləri də dediklərinin yalan olduğunu bilə-bilə eyni yazını təkrar yaymaqlarının səbəbi Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin aprelin 21-də Ramazan bayram ərəfəsində Vətən müharibəsi qaziləri ilə Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən növbəti görüşündə daxili imkanlar hesabına daşkəsənli 90 qazinin hər birinə 100 manat olmaqla, ümumilikdə 9000 manat yardım göstərməsi, onlardan 23 nəfərin əlillik dərəcəsinin təyinatına köməklik olunması, 4 nəfərin mənzillə təmin edilməsi, 18 nəfərin mənzil qeydiyyatına alınması və qazilərin sosial-məişət məsələlərinin həllinə hərtərəfli köməklik göstəriləsinə qərəzçiliklə yanaşmalarıdır. Qazilərlə keçirilən həmin görüşdə Vətən müharibəsi əlilləri fürsətdən istifadə edib Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onlara hər zaman göstərdikləri diqqət və qayğıdan, yaratdıqları şəraitdən razılıqlarını bildirirək çıxışlarında onlara dərin minnətdarlıqlarını ifadə etmişlər.
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyəsi ilə ölkəmizin bütün ərazi və bölgələrində İcra Hakimiyyətləri tərəfindən Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə daim diqqət, qayğı göstərilməsinə, belə görüşlər keçirib onlara maddi-mənəvi köməklik edilməsinə kölgə salmağa çalışan xaricdəki antimilli blogerlər hakimiyyət nümayəndələri barəsində əsassız, qərəzli uydurma şayilər yayırlar, həqiqətə uyğun olmayan qarayaxma kampaniyası aparırlar. Heç bir halda ifadə azadlığı antimilli blogerlərə kiminsə şərəf, ləyaqət və nüfuzunu ləkələmək hüququ vermir.
Qeyd: Təkzibə Daşkəsən Rayon İcra Hakmiyyətinin başçısı Əhəd Abıyevin Vətən müharibəsi qaziləri ilə 21 aprel 2022-ci il tarixdə keçirdiyi növbəti görüşün fotoşəkilləri əlavə olunur.

Elmar Əliyev
Daşkəsən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir