Bölgə

Gəncədə sərxoş şəxs öz evinə od vurub

Sharing is caring!

Gəncə şəhərində yanğın baş verib.

APA-nın məlumatına görə, hadisə İsmət Qayıbov küçəsi, 3-cü dalan, 5-ci evdə qeydə alınıb. Mənzilin sahibi tərəfindən yandırıldığı bildirilir.

Belə ki, sərxoş vəziyyətdə olan Hüseynov Şahin Mircəfər oğlu öz evinə od vurub. Nəticədə üçotaqlı mənzil bütün əşyaları ilə birlikdə yanıb.

Əraziyə Kəpəz və Nizami rayonundan 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğınsöndürənlər alovun qonşu binalara keçməsinin qarşısını alıblar.

Qeyd edək ki, bu, Ş.Hüseynovun ilk oxşar hadisəsi deyil. Sözügedən şəxs daha əvvəl də bir neçə dəfə sərxoş vəziyyətdə evdə yanğın törədib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir