Bölgə

Prezidentin yoluna “ağac düzən icra başçısının saxtakarlığı üzə çıxdı-Video

Sharing is caring!

Azərbaycan Prezidenti İlham Əliyevin Gəncə şəhərinə səfəri zamanı yerli icra hakimiyyətinin hərəkəti ilə bağlı sosial şəbəkədə yayılan videodakı faktlar çox düşündürücüdür. Açıq-aydın görünür ki, yol kənarına küknar ağaclarını dibçəklərindəcə gətirib, görüntü veriblər, Prezidentin səfəri başa çatan kimi isə maşına yığıb aparırlar.

Xəbəral.az xəbər verir ki,Prezidentin Gəncə səfəri zamanı yol kənarlarına qoyulan süni ağaclar daha sonra yığışdırılıb.İnanılmaz görüntülər ortaya çıxıb. Artıq sosial şəbəkələrdə yayılan kadrlardan məlum olur ki, dövlət başçısı Gəncə səfərini başa vurduqdan sonra həmin ağaclar yol qıraqlarından götürülərək yük maşınına doldurulur. Bu da şəhərin icra başçısı Niyazi Bayramovun etdiyi saxtakarlığın bariz nümunəsidir.

Sözügedən video görüntünü sizlərə təqdim edirik.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir