Bölgə

Qazi və şəhid ailələrinin çıraqla axtardığı deputat ƏZİZ ƏLƏKBƏRLİ

Sharing is caring!

Xəbəral.az-ın əldə etdiyi məlumata görə Saatlı rayonunda yaşayan 44 günlük vətən savaşı qaziləri və şəhid ailələri rayonun deputatı Əziz Ələkbərlidən şikayətçidir. Əllərində çıraq rayon deputatın axtaran qazilər və şəhid ailələri dəfələrlə deputatın köməkçisi Samir Nəsirovla əlaqə yaratsalar da deputatın üzünü seçkidə gördükləridir.

Qeyd edək ki , deputatın köməkçisi Samir Nəsirov rayonda qatı müxalifətçi kimi tanınıb.

Deputatın köməkçisi Samir Nəsirov

Həyatın maraqlı ironiyalarından biri də ondan ibarətdir dünənin qatı müxalifətçisi olan Samir Nəsirov bu gün YAP namizədinin yanında öz həmyerlilərinə “divan” tutur. Rayon sakinlərinin verdiyi məlumata görə rayonda bir çox adam məhz köməkçinin ucbatından deputatın üzünü görməyə həsrət qalıblar.

Rayonun yaşlı sakinləri redaksiyamıza daha sonra bildirib ki , Əziz Ələkbərli seçki vaxtı rayonda xüsusi canfəşanlıqla seçilirdi. Necə deyərlər bağ belə bostan belə deməyi ancaq söz olaraq yaddaşlarda qaldı.

Növbəti məqaləmizdə Saricalar, Qara Nuru Şirinbəy, Nəsimikənd, Fətəlikənd Xanlarkənd, Əliabad, Genişkənddə yaşayan qazi və şəhid ailələrinin deputat haqqında dedikləri video müraciəti daha geniş oxucularımıza təqdim edəcəyik.

Ardı var…

Qarşı tərəfin mövqe haqqını tanıyırıq

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir