Bölgə

Zakir Fərəcovun diqqəti və qayğısı ilə Sumqayıt şəhərində abadlaşdırma işləri sürətlə davam edir FOTO və VİDEO

Sharing is caring!

Hava şəraitinin kəskin yagışlı və soyuq keçməsinə baxmayaraq, Sumqayıt şəhərində birinci və ikinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın suverenliyi uğrunda şəhid olan qəhrəmanlaırmızın məzarlarının abadlaşdırma işi sürətlə davam etdirilir. Usta və fəhlələr hava şəraitindən asılı olmayaraq işlərini davam etdirir. İş icraçısından və rayon icra başçısı Zakir Fərəcov başda olmaqla rayon rəhbərlərindən razılıqlarını bildirirlər.

Ən müasir inşaat materialları ilə işlər görülür. Rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov görülən işləri xüsusi nəzarətində saxlayır. Biz də öz adımızdan havanın çətin şəraitdə olmasına baxmayaraq öz işlərini layiqincə yerinə yetirən başda Zakir Fərəcov olmaqla hər kəsə xüsusi təşəkkürümüzü bildiririk.

Xəbəral.az xəbər verir ki, iş icraçısının dediklərinə görə dəniz kənarında 14 hektar ərazidə yerləşən şəhidlər xiyabanı yenindən tam kefiyyətli tikinti matrialları ilə təmir olunur. Bayraq meydanı 30 metr hündürlüyündə ucaldılaraq tam keyfiyyətli və müasir standartlara cavab verəcək şəkildə işlənilir. Ərazinin istinad divarları artıq mərmər qranitlə döşənmişdir.

Çox sürətlə abadlaşma işləri davam etdirilir, yüzlərlə usta, fəhlə işləyir. Bu da bir növ Sumqayıtda işsizliyin qarşısını almaq, insanların işlə təmin olunması deməkdir. İşin yekunlaşması Noyabr ayına, zəfər bayramına planlaşdırılır.

Reportaj hazırlanarkən abadlaşma gedən ərazidə deyilənlərin şahidi olduq. Şəhidlər xiyabanında demək olar ki, görülən işlər yekunlaşıb, tam müasir standartlara cavab verən inşaat materiallarindan istifadə olunur.

Saytımız Sumqayıt şəhərinin abadlaşması ilə bağlı silsiləli yazları reportajları davam etdirəcək bizi izləməyi unutmayın

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir