Bölgə

İmişlinin Baş həkimi hardadır?

Sharing is caring!

İmişlinin baş həkimi koronavirusa yoluxdu- Peyvənd olunmayıbmış

İmişli rayon Mərkəzi Xəstəxanasının baş həkimi Eynulla Qasımovun koronavirusa yoluxduğu məlum olub.

Xəbəral.az xəbər verir ki, günlərdir işə gəlib-getməyən, xəstəxanada həkimlər tərəfindən harada olduğu ilə bağlı müxtəlif müzakirələr aparılan baş həkimin yeri bəlli olub. Redaksiyaya daxil olan məlumata görə, baş həkim Eynulla Qasımov  koronavirusa yoluxub və o, Bakıdakı özəl xəstəxanaların birində ciddi müalicə olunur.

Onun özəl xəstəxanada müalicə olunması rayon sakinləri arasında ciddi suallar yaradıb. “O, niyə öz rəhbərlik etdiyi xəstəxanaya etibar etməyib, özəl xəstəxanaya üz tutub. Elə isə biz necə öz canımızı Eynulla Qasımovun rəhbərlik etdiyi xəstəxanaya etibar edək?”.

Məlumata görə, baş həkim Eynulla Qasımov peyvənd olunmayıbmış. Hər gün minlərlə insana “peyvənd olunun” deyən baş həkim nədən özü peyvənd olunmayıb?///Bakuform.com///

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir