Bölgə manset

P-AQRO MMC Səlyanlı Fermeri intihara sürükləyir-FOTOLAR

Sharing is caring!

XəbərAl.az Turanxəbər.az-a istinadən xəbər verir ki, Səlyanlı fermer Əzizov Novruz Şamil oğluna məxsus, 60 ha ərazidə əkilmiş pambıq bitkisinin toxumunun çürük olması səbəbindən sahədə çıxış əldə olunmamışdır.Bir tərəfdən də sahələrdə ziyanvericilərə qarşı dərmanlama işi aparılmaması nəticəsində çıxışı alınmış pambığı müəyyən həşəratlar məhv edib.Müqavilə imzalanmış Şirkət tərəfindən nə toxum dərmanlanıb,nə də ki,sahələrdə ziyanvericilərə qarşı profilaktik tədbirlər görülüb. Şikayyətçi Əzizov Novruz Şamil oğlu Turanxəbər.az saytına verdiyi müsahibəsində qeydedir ki,60 ha sahəyə 15.000 manatdan artıq pul xərcləyib.Fermer qeyd edir ki,müqavilə imzaladığım şirkətin əkinə laqeyid münasibət bəsləməsi ücbatından mən bu qədər vəsaiti itirdim.Onu da qeyd edim ki,çürümüş çiydin hər kiloqramını şirkət bizə 5.10 qəpik pula satır.Əgər mən təkrar əkin iş aparası olsam o, zaman mənim bu əkindən heç bir gəlirim olmayacaq.Fermer Novruz Əzizov deyir kİ,mən aidiyyatı orqanlardan xahiş edirəm ki,mənim səsimə səs versinlər. Məsələ ilə bağlı bizim əməkdaşlar P-AQRO MMC-nin rəhbəri Mərdan Cəlilovla əlaqə yaratdılar.Mərdan Cəlilovun bizə cavabı bu oldu ki,sahə aqranomu həddindən artıq fermerlər ilə müqavilə imzaladığından vaxt tapıb sahələrə zamanında yetişə bilmir.Mərdan müəllim onuda qeyd etdi ki,biz fermerə heç cür yardım göstərə bilməyəcəyik. O,halda fermerə dəymiş ziyan kimin üzərində qalacaq?Elə hamıya maraqlı olan da budu. Bizsə vəziyyətdən çıxış yolunu, məhkəmə orqanlarına müraciətdə görürük.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir