Bölgə

Bərdə rayonunda Leyla İslamqızının müəllifi olduğu “Böyük Qaydış” jurnalının təqdimatı olub

Sharing is caring!

XəbərAl.az xəbər verir ki, Bərdə rayonunda Leyla İslamqızının “Böyük Qaydış” Jurnalının təqdimatı olub.

2016-cı ildə, Aprel döyüşlərindən sonra, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində geniş miqyaslı quruculuq işləri başlayarkən, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev öz çıxışlarının birində bildirdi ki, bu hadisə Qarabağa “Böyük Qayıdış”ın başlanğıcıdır. Nə az, nə çox, 5 il sonra cəmi 44 gün sürən Vətən müharibəsi – İkinci Qarabağ savaşında Müzəffər Azərbaycan Ordusunun və yenilməz Azərbaycan xalqının yumruq kimi Ali Baş Komandan ətrafında birliyi Prezidentimizin bu bəyanatının, bu proqramının reallığını artıqlaması ilə təsdiq etdi.
Xüsusilə bir məqamı qeyd etmək yerinə düşər ki, 44 günlük savaş zamanı bütün şair, yazıçı, bəstəkar və digər ziyalıların 27 ildə qələmə aldığı vətən həsrətli, yurd niskilli həzin sətirləri belə məğrur fikirlərlə, qələbə müjdəsilə əvəzləndi.
Məhz belə məğrur hisslərə qapılan ziyalılardan biri də Bərdə rayon 10 saylı körpələr evi/uşaq bağçasının müdirəsi Məmmədova Leyla İslam qızıdır. Bu xanım təkcə sözdə deyil, əməldə də daim cənab Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəklədiyini dəfələrlə sübut edən ziyalılardandır. Elə “Böyük Qayıdış” adlı jurnal dərc etdirməsi də dediklərimizin bariz nümunəsidir.
Ötən gün Bərdə rayon şəhid Elgiz Kərimov adına 4 saylı tam orta məktəbdə “Böyük qayıdış” jurnalının təqdimat mərasimi keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni ilə açılan tədbirin ilk dəqiqələrində Şəhidlərin ruhu ehtiramla 1 dəqiqəlik sükutla yad edildi.


İlk sözə jurnalın müəllifi Leyla xanım başladı. Tədbirdə qonaq olan hər kəsə minnətdarlığını ifadə etdikdən sonra qısa məntiqlə bildirdi ki, “Böyük qayıdış” adlı jurnalın dərc edilməsində əsas məqsədi müasir, müstəqil Azərbaycanın banisi və quruculuğunun əsasını qoyan Ümummili Liderimiz Heydər Əlirza oğlu Əliyevin ictimai-siyasi fəaliyyəti və onun layiqli varisi, davamçısı, tarix yazan sərkərdə İlham Heydər oğlu Əliyevin dövlətimizə və xalqımıza şərəfli və əvəzsiz xidmətlərini işıqlandırmaq, onun daim yaddaşlarda yaşayacağını vurğulamaqdır.


Daha sonra tədbirdə iştirak edən ziyalılar, məktəb direktorları, jurnalistlərə də söz verildi. Söz alanlar, müəllifə uğurlar diləyənlər arasında Bərdə rayon şəhid Elgiz Kərimov adına 4 saylı tam orta məktəb direktoru Məmmədova Tofiqə Zahid qızı, 2 nömrəli məktəbin direktoru Əsədov Zülfüqar, 3 nömrəli məktəbin direktoru Hümbətova Səfurə, Bərdə Rayon Təhsil Şöbəsinin müdir əvəzləyicisi Ədalət İsmayılov, müəllifin həmkarları, eyni zamanda, Bərdə rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin rəhbərləri, hüquqşünas İsmayıl Zalov, İctimai televiziyanın bölgələr üzrə xüsusi müxbiri Şöhrət Eyvazov da müsbət fikirlərini bildirdilər.


Növbə “XəbərAl.az” saytının baş direktoru Mirismayıl Xələfiyə çatdıqda o, “Böyük qayıdış” jurnalının müəllifini təbrik etdikdən, ürək sözlərini çatdırdıqdan sonra, rəhbəri olduğu “XəbərAl.az” saytı adından Leyla xanım Məmmədovaya Fəxri Diplom təqdim etmişdir.

Bildirmişdir ki, Leyla Məmmədova, ölkə Prezidentinin apardığı daxili və xarici siyasətin dəstəklənməsində, respublikamızda dövlət quruculuğu prossesinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin formalaşmasında, 44 günlük Vətən müharibəsində göstərdiyi fədakarlığına, Qarabağ qazilərinə, Şəhid ailələrinə göstərdiyi maddi və mənəvi dəstəyinə, təhsil sahəsində səmərəli fəaliyyətinə və ən əsası daşıdığı vəzifəsində ədalət prinsipinə, həmçinin mətbuatla saxladığı səmimi dost münasibətinə görə “XəbərAl.az” informasiya agentliyi tərəfindən Fəxri Diploma layiq görülüb.
Tədbirin sonunda Leyla xanım Məmmədova gələcəklə bağlı layihələrindən biri kimi “Böyük qayıdış” jurnalının kitab variantının da hazırlanacağını bildirdi.

Hazırladı: Mirismayıl Xələfli

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir