Bölgə

Gəncənin ikinci general rəisi Teymur Hacıyevdən əhali razıdır – ÖZƏL ARAŞDIRMA

Sharing is caring!

Bu gün cəmiyyətimiz üçün əsas prolitet məsələlərdən biri əhalinin şəffaf şəkildə təhlükəsizliyinin təmin edilməsi, asayişinin qorunması, ən əsası cinayət və cinayətkarlıqla mübarizənin qarşısının alınmasıdır.

Rezonans.az informasiya portalı olaraq bu məqsədlə “Elin gözü tərəzidir” məsəli ilə desək ölkənin ikinci paytaxt şəhəri olan Gəncə şəhərinin və əhalisinin asayişini təmin edən Gəncə şəhər Baş Polis Idarəsinin rəisi polis General-mayoru cənab Teymur Hacıyevin fəaliyyəti ilə bağlı əhali arasında geniş miqsaylı münasibətlər öyrənməyə çalışdıq.

Ilk öncə general-mayor Teymur Hacıyevin keçdiyi həyat yolundan və xüsusi xidmətləri haqqında qısa məlumatları nəzərinizə çatdırmağı özümüzə borc bilirik.

General-mayor Teymur Hacıyev kimdir?

Hacıyev Teymur Kamil oğlu 1975-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə DİN-in Polis Akademiyasını bitirib. 1993-cü ildən daxili işlər orqanlarında xidmətə başlayıb və bu müddət ərzində istintaq xidmətində müxtəlif məsul vəzifələrdə işləyib.

2014-2019-cu illərdə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin şöbə rəisi və həmin Baş İdarənin rəis müavini, Zərdab rayon Polis Şöbəsinin, Mingəçevir şəhər Polis Şöbəsinin rəisi vəzifələrində xidmət edib. 2019-cu ilin sentyabr ayında Bakı şəhər BPİ rəisinin əməliyyat işi üzrə rəis müavini vəzifəsinə təyin olunub.

Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2019-cu il tarixli 1306 nömrəli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 02 iyun 2020-ci il müvafiq sərəncamıyal general-mayor ali rütbəsi verilib.
2020-ci ilin noyabr ayından isə Daxili Işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq sərəncamıyla Gəncə şəhər Baş Polis Idarəsinə rəis təyin edilib.

Ailəlidir, 2 övladı var.

Qeyd edək ki, general-mayor Teymur Hacıyev illər öncə öz hümanist addımı vətəndaş, polis münasibətlərinin qorunub saxlanılması cinayətkarlıqla mübarizədə qətiyyətli xidmətləri ilə Daxili Işlər Orqanlarında şərəflə xidmət etmiş, hər kəsin xüsusən, Gəncə əhalisinin böyük hörmətin qazanmış Gəncə şəhər Baş Polis Idarəsinin sabiq polis rəisi general-mayor rəhmətlik Rasim Musayevdən sonra ikinci general dı ki, Gəncə şəhər Baş Polis Idarəsinə rəis təyin edilib.

Geridə qoyduğumuz 2020-ci il dövlətimiz və xalqımız üçün alnı açıq, üzü ağ çıxmağımız üçün sözün əsl mənasında bir az çətinlik ili olsada böyük uğur və nəaliyyətlərə müvəffəq olduq.
Sözsüz ki, bütün dünyanı öz cənginə alan COVID-19 pandemiyası ilə mübarizə, Nazirlər Kabinetinin Operativ Qərargahı əhalinin sağlamlığının qorunması istiqamətində verdiyi qanun və tələblərə əməl olunması üçün Daxili Işlər Orqanlarının icra olunması səlahiyyətində olduğu üçün, əhali arasında maarifləndirici tədbirlər, xüsusən Operativ Qərargahın tətbiq etdiyi qanun və göstərişlərinə əməl etməyən əhaliyə inzibati qayda xəbərdarlıq etmə, qanunların daha kəskin əməl edilmədiyi təqdirdə qanunla göstərilən qaydada hüquqi addım atılması DIN əməkdaşlarının öz canlarından keçərək, vətəndaş sağlamlığı üçün apardığı operativ addım onların xidməti vəzifələrinin əsas qayəsi olaraq şərəflə xidmət etməklərindədi.
Sözsüz ki, bu addımlar Gəncə şəhər Daxili Işlər orqanları tərəfindən şərəflə davam etdirilməkdədir.

Qeyd edək ki, mövcud mövqeyimizdən kənara çıxmamaq şərtiylə Gəncə şəhərində əhali arasında vətəndaş polis münasibətləri, xüsusən bir müddət öncə Gəncə şəhəri Baş Polis Idarəsinə rəis təyin edilən, general-mayor Teymur Hacıyevin xidməti barəsində apardığımız vətəndaş dinləmə və mövqeləri ilə yaxından tanış olduqda belə qənaətə gəldik ki, həqiqətən dövlətinə, xalqına prezidentinə sadiq olan hər bir vəzifəli dövlət məmuru, xüsusən cəmiyyətimizin və dövlətimizin dirək və sütunu olan asayiş keşikçisi rəhbərləri haqqında cəmiyyətdə söylənilən fikir və mülahizələr insanı sözün həqiqi mənasında dağa daldırır.

Çünki cəmiyyətin təhlükəsizliyini və asayişini təmin edən bu şərəfli dövlət qulluqçuları hər zaman dövlət və xalq mənafeyin üstün tutaraq istənilən bir təxribatların qarşısın almaq üçün öz sinələrini irəli verərək şərəflə xidmət edirlər.

Illər öncə Gəncə şəhəri Baş Polis Idarəsinin rəisi işləmiş rəhmətlik general-mayor Rasim Musayevin Gəncədə üzü ağ, alnı açıq şərəflə xidmət etməsi əhali arasında özünə qarşı yaratdığı simpatiya və indinin özündə ruhuna rəhmət oxunması şərəfli polis orqanlarına olan diqqətin və xüsusi xidmətlərin bariz nümunəsidir.

Teymur Hacıyev Gəncə şəhərinə təyin edilən ikinci polis generalıdı ki, qısa zaman ərzində Gəncə şəhərində asayişin qorunması, cinayətkarlıqla mübarizə tədbirlərində uğurlu xidmətlərə nail olaraq Gəncə əhalisinin böyük hörmətin qazanaraq əhali yenidən öz asayişinin keşiyin çəkməyə Teymur Hacıyevə həvalə etməyi böyük inamla dəstəkləyirlər.

Bir sözlə vətəndaş polis münasibətləri hümanist şəkildə aparılır, xüsusən polis təcridxanalarında saxlanılan vətəndaşlara qarşı heç bir qanundan kənar hərəkətlər göstərilmir.

Əhali arasında aparılmış ədalətli, qərəzsiz araşdırmalarımızdan belə qənaətə gəlmək olar ki, general Teymur Hacıyev qısa zaman ərzində Gəncə şəhərinə rəis təyin olunmasına baxmayaraq polis şəxsi heyətinin xüsusən əhalinin gözündə vicdanlı qanun keşiyin çəkən hümanist bir insan kimi dövlətimizin və xalqımızın asayişin təmin edir.

Bir sözlə Gəncə əhalisi Teymur Hacıyevdən razılıq edərək, indiki və gələcək fəaliyyətində uğurlar arzu edirlər.

Əli Musa

Rezonans.az İnformasiya Portalının Baş redaktoru

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir