Bölgə

Vasif Talıbov və oğlu əyləndi – Maraqlı görüntülər

Sharing is caring!

Naxçıvan Muxtar Respublikasında Ağbulaq Xizək Mərkəzi istifadəyə verilib.

XəbərAl.az xəbər verir ki, açılışda NMR Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.

Bildirilib ki, dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən mərkəzdə tikinti işləri Fransanın “MND” şirkətinin layihəsi əsasında aparılıb. Mərkəzdə uzunluğu 1580, eni 18-30 metr olan dağ-xizək sahəsi, əyləncə və uşaq parkları, 219 metrlik konveyr xətləri,  20 min kubmetr tutumu olan süni göl yaradılıb, 26 sabit, 3 hərəkətli süni qaryaratma sistemi, 1 motor stansiyası, uzunluğu 980 metr olan kanat quraşdırılıb ki, onun da başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metrdir. Kanat yolunda hər biri 4 yerlik olan 59 oturacaq var ki, bu da saatda 1000-dən artıq turistə xidmət etməyə imkan verir.

Ərazidə mərkəz üçün 2 mərtəbəli inzibati bina, hər biri 2 nəfərlik olmaqla, 3 kottec, 1-i inzibati binanın ikinci mərtəbəsində, 1-i isə kanat liftinin sonuncu dayanacağında olmaqla 2 kafe fəaliyyət göstərir. İnzibati binanın birinci mərtəbəsində qeydiyyat, xizəklərin və müvafiq geyimlərin təhvil verilməsi xidməti göstərilir. Mərkəzdə 25 yeni iş yeri yaradılıb.

Təqdimatdan sonra V. Talıbov, oğlu Seymur Talıbov və NMR-nın digər rəsmi şəxsləri kanatda gəziblər.

Vasif Talıbov və oğlu əyləndi – Maraqlı görüntülər
Vasif Talıbov və oğlu əyləndi – Maraqlı görüntülər
Vasif Talıbov və oğlu əyləndi – Maraqlı görüntülər
Vasif Talıbov və oğlu əyləndi – Maraqlı görüntülər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir