Bölgə manset

15 yaşlı tələbə qız xəstəliyinə görə Leyla Əliyevaya müraciət etdi…”Leyla xanım ümidim yalnız sizədir” VİDEO

Sharing is caring!

Bərdənin Tumaslı kəndində yaşayan Ülviyyə Əliyeva  qızı üçün kömək istəyir

XəbərAl.az Cahan.info-ya istinadən  xəbər verir ki, onun övladı onurğa əyriliyindən əziyyət çəkir.

Ü.Əliyeva deyir ki, övladı 5 il Travmotologiya İnstitutunda müalicə olub: “Özəl klinikalarda olmuşuq, həkimlər deyirlər ki, əməliyyat lazımdır.

Uşaq Ağcabədi Pedaqoji kollecin tələbəsidir, amma dərsə gedə bilmir. Mən Səhiyyə Nazirliyinə, Mehriban Əliyevaya, Leyla Əliyevaya məktub göndərmişəm. Bizə cavablar gəlib ki, kömək edəcəyik. Ancaq hələ ki yardım olmayıb.

 

Uşağın kəskin ağrıları olur, bu cür vəziyyət ağ ciyərlərinə ziyan vurur. Həkimlər deyirlər ki, əməliyyat olunmasa şikəst qala bilər.

Qızımın cəmi 15 yaşı var, gələcəyi qabaqdadır, onu taleyin ümidinə buraxa bilmərəm. Bizim də imkanımız yoxdur ki, uşaq müalicə olunsun”.

Tələbə qız da Leyla Əliyevaya müraciət edərək ona ümid etdiyini, bu videonu izləyib dəstək verməsini istəyib. Anası bildirib ki, onlar aztəminatlı ailədir, heç yerdən gəlir yoxdur, çörək pulunu güclə tapırlar.

Tələbə qızın həyatda qalması, təhsilini davam etdirməsi dövlət başçısından, nazirlikdən, xeyirxah iş adamlarından asılıdır.

Çünki Bərdə sakininə rayon icra başçısı Vidadi İsayev bir qəpik də yardım etməyəcək. Onun xisləti bundan ibarətdir. Sanki rayona rəhbər yox, qəddar bir şah göndərilib.

V.İsayev barmağını qatlayıb göstərə bilməz ki, filankəsovlar ailəsinin müalicəsinə, təhsilinə əl tutub.

Dünya üzərində beləsi görünməyib. Hətta digər rayonların başçıları bəzi vətəndaşlara müəyyən kömək edir, sahibkarlara tapşırır.

Bərdənin icra başçısının isə nə rayondan xəbəri var, nə şikayətçi, çarəsiz insanlardan. Onun gündəlik işi şəxsi qazancını hesablamaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir