Bölgə

Ağsu Rayon Ərəbmehdibəy Kəndində Şəhid İsmət Bulağının Açılışı Olub- FOTO-VİDEO

Sharing is caring!

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Silahlı Qüvvələrimizdən söz düşmüşkən, bir məqamı xüsusi vurğulamaq istərdik. Belə ki, Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu;

  • Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz;
  • Ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarılır;
  • Şuşa şəhərinin, Kəlbəcər, Ağdam, Laçın rayonlarının, Hadrut qəsəbəsinin geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir;
  • Məcburi köçkünlərin geri qayıtması ilə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcək;
  • Ermənistanın öz müqəddəratını təyinetmə ilə əlaqədar bütün iddiaları qüvvədən düşür, hər şey yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə əsasən həll edilir;

Bir sözlə bütöv Azərbaycan həmrəylik nümayiş etdirərək neçə illik həsrətimizə və tarixi dədə-baba torpaqlarımıza qovuşduq.

Həmin birlik nümayiş edən rayonlardan biri də məhz Şirvan zonasının gözü olan Ağsu rayonu oldu.Ağsu rayonu vətən müharibəsində birlik nümayiş etdirərək Ali Baş Komandanın ətrafında birləşib, igid oğulları könüllü olaraq döyüşlərə atıldı,qəhramanlıq göstərərək ən çox şəhid verən rayonlardan oldu.

Ağsunun qəhrəman, igid oğullarından biri, Ali Baş Komandan qismən səfərbərlik elan edəndən sonra könüllü olaraq döyüşlərə qatılan Ağsu rayon Ərəbmehdibəy kənd sakini şəhid qardaşımız İmanov İsmət Qismət oğlu oldu.
Şəhid İsmət İmanov Şuşa istiqamətində böyük qəhrəmanlıq göstərərək ön sıralarda gedib, canı,qanı bahasına şəhidlik zirvəsinə ucaldı.
Həm Azərbaycanın, həmdə doğulduğu Ağsu rayon Ərəbmehdibəy kəndinin adını uca tutaraq şəhidlik zirvəsində yüksəldi.

Şəhid İsmət İmanov haqqında ətraflı yazımız bu yaxın günlərdə XəbərAl.az saytında daha geniş qayıdacağıq:

İndi isə keçək əsas məqsədə:

Bu gün isə Şəhid İsmət İmanovun adı istər Ağsu rayonunda istərsə də anadan olduğu Ərəbmehdibəy kəndində uca tutularaq daima hörmətlə yad edilir.
Buna misal olaraq bir neçə gün öncə Ağsu rayon Ərəbmehdibəy kəndinin mərkəzində, kənd sakinlərinin maddi vəsaiti ilə, Şəhid İsmət İmanovun adına İsmət bulağı inşasına başlanılıb, tez bir müddətdə xalqın ixtiyarına verildi.

XəbərAl.az saytının şirvan birosunun məlumatına görə 31 dekabr 2020-ci ildə kənd əhalisinin maddi vəsaiti ilə İnşa olunan İsmət bulağının
Ağsu rayonu Ərəbmehdibəy kənd sakinlərinin maddi və mənəvi dəstəyi ilə Vətən muharibəsində qəhrəmancasına şəhid olmuş İsmət İmanovun adın daşıyan bulaq istifadəyə verildi.

Xatırladaq ki, açılış da kənd icra nümayəndəsi Hacağa Hüseyinov və müavini Neman Mahmudov çıxış edərək 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın danılmaz iradəsindən həmçinin Azərbaycan ordusun şücayətindən bəhs edərək şəhid İsmət İmanovun xatirəsinin daima əbədiləşdirəcəklərindən söz açıb, kənd sakinlərinin diqqətinə çatdırıblar.
O cümlədən açılışda Vətən müharibəsində könüllü olaraq, iştirak edib, təxris olunan, kənd sakinləri Mirqədir Tağıyev və Rüstəm Hacıyev iştirak edib şəhidlərimizə rəhmət diləyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir